qrossmeyster Teymur Rəcəbov
01 yanvar 2021 14:11 (UTC +04:00)

qrossmeyster Teymur Rəcəbov

Azərbaycan - Ermənistan finalı ola bilər - PROQNOZ

Bu gün qrossmeyster Teymur Rəcəbov onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində növbəti görüşə çıxacaq.

Lent.az-ın məlumatına görə, T. Rəcəbov  yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla qarşılaşacaq.

İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn 33 yaşlı qrossmeysterə finala çıxmaq üçün heç-heçə də kifayətdir.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav üz-üzə gələcək. Ermənistanlı şahmatçı da ilk qarşılaşmada rəqibini eyni hesabla məğlub edib.

Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan və Ermənistan şahmatçıları qarşılaşa bilər.

Qeyd edək ki, mükafat fondu 200 000 min dollar olan turnir yanvarın 3-də başa çatacaq. Yarışın qalibi 60 000 dollar alacaq.

# 2919
avatar

Oxşar yazılar