İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu
27 may 2020 09:19 (UTC +04:00)

İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu

İngiltərənin “Bornmut” klubunun qapıçısı Aron Remsdeyl koronavirusa yoluxduğunu açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qapıçı bu faktın onu şoka saldığını da söyləyib.

Buna baxmayaraq, Remsdeyl koronavirusla bağlı heç bir əlamət olmadığını, özünü yaxşı hiss etdiyini də bildirib. 

İngiltərənin builki mövsümündə 22 yaşlı qapıçı 28 oyun keçirib, qapısından 44 qol buraxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678
avatar

Oxşar yazılar