Futbolçu azyaşlı oğlunu öldürdü - Türkiyədə
06 may 2020 15:30 (UTC +04:00)

Futbolçu azyaşlı oğlunu öldürdü - Türkiyədə

Türkiyənin “Hacettepe” klubunun sabiq futbolçusu Cevher Toktaş 5 yaşlı oğlunu öldürüb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib.

O, Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasimı aprelin 23-də qətlə yetirib. Cinayətkar oğlunun başına yastıq basaraq boğub.

2008/09 mövsümündə “Hacettepe”nin heyətində Super Liqa həyəcanı yaşayan, karyerasının böyük hissəsi həvəskar regional komanda olan “Yıldırımspor”da keçən Toktaş cinayətin səbəbi kimi oğlunu sevmədiyini və bunun əsəb keçirməsi ilə izah edib. Onun etirafından sonra hadisəylə bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4182
avatar

Oxşar yazılar