Anna Skidan, Azərbaycan atleti
01 avqust 2021 09:48 (UTC +04:00)

Anna Skidan, Azərbaycan atleti

16-cı oldu və finala çıxa bilmədi - atletimiz

 

Azərbaycan atleti Anna Skidan Tokio Yay Olimpiya Oyunlarında çıxışını uğursuz başa vurub. 

Apasport.az saytının məlumatına görə, çəkicatmada mübarizə aparan idmançı yarışla təsnifat mərhələsində vidalaşıb. 

O, 69,57 m nəticə ilə A qrupunda 8-ci olsa da, yekunda finala vəsiqə verən “12-liy”ə düşə bilməyib. Skidan iki qrupun çıxışından sonra 16-cı yeri tutub və Olimpiada ilə vidalaşıb. 

Qeyd edək ki, Anna Rio-2016-da 13-cü olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar