Camal Rəhimov: “Olimpiadada zədələnən atımı 2 ata dəyişdim” - MÜSAHİBƏ
- Azərbaycanda keçirilən atçılıq yarışlarında daimi iştirak edə bilirsiniz?
- Əlbəttə, əlimdən gəldiyi qədər iştirak etməyə çalışıram. Amma bildiyiniz kimi, mən Belçikada yaşayıram. Atlarım da ordadır. Belçikada 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər keçirilir. Olimpiadaya vəsiqə əldə etmək üçün həmin turnirlərdə iştirak etməliyəm. Ona görə də vaxt sıxlığından Azərbaycandakı yarışlara az-az gələ bilirəm. Yalnız seçilmiş yarışlarda iştirakım mümkün olur.
- Atlarınız Belçikada olduğundan, Bakıda yarışda yerli atlarla çıxış etməli olursunuz. Bu, Sizə çətinlik törətmir?
- Federasiyanın atlarını o qədər də yaxşı tanımıram. Ona görə də buradakı atlarla çıxış etmək mənim üçün bir qədər çətindir. Amma konkur növünü bildiyim üçün mən də əlimdən gələn köməyi edirəm.
- Hazırda ölkəmizdə atçılıq idmanının vəziyyətini necə dəyərləndirirsiniz?
- Deyə bilərəm ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının yeni prezidenti Elçin Quliyevin qayğısı çox yüksək səviyyədədir. O, hər şeyin ən yaxşısını etməyə çalışır. Gözəl komplekslər salınıb. Əlbəttə, atçılıqla məşğul olan idmançıların yolu uzundur. Konkur 1-2 ilə öyrəniləsi idman növü deyil. Özüm 12 ildir ki, bu növlə məşğulam. Hələ indi özümü bu səviyyəyə gətirə bilmişəm. Fikrimcə, digər idmançılarımızın da buna nail olmasına kömək etmək lazımdır. Bu baxımdan, federasiyamız əlindən gələn hər bir köməkliyi göstərir.
- Təhsiliniz necə gedir?
- İngiltərədə Biznes kollecində aldığım təhsilimi dondurmuşam. 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi yarışlara hazırlıqla əlaqədar təhsilimi davam etdirə bilmərəm. Doğru qərar verdiyimə inanıram. Ali məktəbi başa vurmağıma cəmi ilyarım vaxtım qalıb. Hazırda məktəbə getmirəm. Kollec rəhbərliyi də mənim ilyarımdan sonra təhsilimə davam etməyimə razılıq verib. Məktəbin özü üçün də tələbəsinin olimpiada səviyyəli idmançı olması yaxşı haldır. Ona görə yarışlarda iştirakım rəhbərliyin də xoşuna gəldi.
- London olimpiadasına lisenziya qaydaları necədir?
- Konkur növündə olimpiadaya lisenziya qazanmaq üçün 2 yol var. Birincisi, mən və ya digər iki legionerimiz – belçikalı Patrik Mak Enti və italiyalı Françesko Frankodan biri fərdi qaydada vəsiqəyə sahib çıxmalıdır. Ya da komanda şəklində lisenziya qazanmaq lazımdır. Amma hər üçümüz ayrı-ayrılıqda lisenziyanı götürə bilmərik. Çünki Azərbaycan C kateqoriyalı qrupdadır. Bu qrupda Türkiyə, Rusiya, Ukrayna, Polşa, Yaponiya, Avstraliya, Yeni Zelandiya kimi ölkələr də yer alıblar. Onların ümumilikdə 350 idmançısı mübarizə aparacaq. Bunlardan fərdi qaydada yalnız 2-sinə lisenziya qazanmaq hüququ verilib. Ona görə də hər üçümüzün fərdi vəsiqəyə sahib çıxması hətta riyazi cəhətdən də mümkün deyil. Əgər komanda şəklində iştirakımız alınmasa, ikimizin iştirakı reallaşa bilər. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Amma federasiya rəhbərliyi qarşınıza komanda şəklində lisenziya qazanmağı məqsəd qoyub...
- Bəli, məqsəd budur. Qarşımıza qoyulan məqsədə nail olmaq üçün legioner dostlarımla birgə əlimizdən gələni ən yaxşı səviyyədə etməyə çalışacağıq. Lakin çətinlik ondadır ki, FEİ komanda şəklində lisenziya qazanmaq üçün cəmi bir yarış təşkil edəcək. Həmin yarışda bütün ölkələrin komandaları çıxış edəcək. Turnirin yeri və dəqiq vaxtı hələ məlum deyil. Amma 2011-ci ilin yanvarından 2012-ci ilin martınadək olan dövrü əhatə edəcək. Bunu FEİ müəyyənləşdirəcək və ən azı 6 ay öncədən hamını məlumatlandıracaq. Biz də bundan sonra özümüzü yarışa tam hazırlayacağıq. Lakin komanda şəklində lisenziya qazanmaq istəyən təkcə Azərbaycan deyil. Digər ölkələr də var. Biz də qarşıya qoyulan məqsədə çatmaq üçün digər ölkələrlə mübarizə aparacağıq.
- Bəs minimum neçənci yeri tutmaq lazımdır ki, London olimpiadasında komanda şəklində çıxış edəsiniz?
- Bu ilki dünya çempionatında 5 ölkə lisenziyanı təmin etdi. Növbəti lisenziyalı yarışda daha 3 komandaya bu hüquq veriləcək. Lakin qrupumuzdakı komandaların heç biri dünya çempionatında London olimpiadasına lisenziya əldə edə bilməyib. Növbəti lisenziyalı yarışda 3 vəsiqə uğrunda gərgin mübarizə gedəcək. Çünki yeganə şans bu olacaq.
- Komanda şəklində iştirak nə deməkdir?
- Hər bir komandanın tərkibi minimum 3, maksimum 4 atçıdan ibarət ola bilər. FEİ qaydalarında yazılıb ki, 4 nəfər iştirak edərsə, 3 idmançının cərimə xalları yazılır, 4-cüsünün cərimə xalları isə silinə bilər. Əgər bizim hər üç idmançımız səhvsiz çıxış etsə, 4-cünün necə yarışdığı fərq etmir. Amma komandamızın tərkibi 3 nəfərdən ibarət olduğu üçün onların bütün səhvləri qeydə alınacaq. Əlbəttə, komanda şəklində lisenziyalı yarış çox çətin olacaq. Düzdür, hələ komanda şəklində hər hansı yarışda iştirak etməmişik. Amma komandamızın çox güclü olduğuna inanıram. 2011-ci ildə keçiriləcək turnirlərdə Azərbaycanın çox güclü ölkə olduğunu göstərəcəyik.
- Bunun üçün lazımi sayda atla təmin olunmusunuz?
- Hazırda yeni atımız yoxdur. Amma prezidentimiz İlham Əliyevin idmana qayğısından xəbərdaram və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında mənə kömək etdikləri üçün minnətdaram. Həmişə bu dəstəyi hiss edirəm. Gənclər və idman naziri Azad Rəhimovun da, federasiyamızın prezidenti Elçin Quliyevin də atçılığa köməyi, qayğısı böyükdür. Onlar əllərindən gələn bütün köməyi etməyə çalışırlar. İki legionerimizin hələ yığmamıza keçməmişdən öz sponsorları var. Sponsorlar onları lazımi səviyyəli atlarla təmin ediblər. Mənim Pekin olimpiadasındakı “İonesko de Brekka” ləqəbli atım isə zədələnəndən sonra heç bir yarışda çıxış edə bilmir. “Aramis” ləqəbli atımla isə bu ilki dünya çempionatına getməli idim, lakin atın diz bağları yırtıldığından, yollana bilmədim. Ona görə də indi lazımi səviyyəli atım yoxdur. Yalnız 9 yaşında cavan atım var. Ona çox ümid bəsləyirik. Amma dünya çempionatı, olimpiada səviyyəsində olub-olmadığını indidən heç kim deyə bilməz. Atçılığı yaxşı bilməyimə rəğmən, mən də deməkdə çətinlik çəkərəm. Bunu gələcək göstərəcək.
- Pekin olimpiadasındakı atınız 2 milyon avroya alınmışdı. Amma yarış vaxtı büdrədi və nəticədə yarışlardan kənarlaşdırıldınız. Kifayət qədər böyük məbləğə alınan atla özünüzü göstərə bilməməyiniz heç də birmənalı qarşılanmadı...
- Çoxdandır atçılıq idmanında olan şəxs kimi deyə bilərəm ki, bu, çoxlu vəsait tələb edən növdür. Bunu hamı görür. Düzdür, 2 milyon avro böyük məbləğdir. Amma olimpiadalara hazırlaşan ölkələrin milyonlarla vəsait xərclədiyini görmüşəm. Bunların hamısı gözlərim önündə baş verib. Bu at üçün lazımi məbləğdə vəsait xərclədikləri üçün minnətdaram. Amma bu da canlı heyvandır. Dili yoxdur ki, “Mən zədə almışam, daha yarışlara gedə bilməyəcəyəm” desin. Mən də ən münasib çıxış yolunu tapdım. “İonesko de Brekka”nı 2 atla dəyişdirdik. Atlarını aldığım insan da o riski qəbul etdi.
- Həmin atlarla ən mötəbər yarışlarda çıxış etmək olar?
- Xeyr, onlar olimpiada səviyyəsində atlar deyillər. Amma müxtəlif yarışlarda yüksək səviyyədə çıxış edə biləcəyim atlardırlar. Heç olmasındansa, 2 belə ata dəyişdirilməsi məqsədəuyğun görüldü. Buna Azad Rəhimov da, Elçin Quliyev də razılıq verdi. Beləliklə, ən düzgün qərarı qəbul etdik. Axı, atsız qala bilməzdik. Zədəli atın əvəzinə olimpiadada iştirak etməyə qadir atı heç kim verməyəcəkdi. Düzdür, yeni atlar da çox yüksək səviyyəlidirlər, Dünya Kuboku, 5 ulduzlu “Qran-pri”də iştirak ediblər. Amma dünya çempionatında yarışa biləcək atlar deyillər. Birinin 14, digərinin 12 yaşı var. London olimpiadasınadək yaşları daha da artacaq və istənilən səviyyədə çıxış edə bilməyəcəklər. Yenə deyirəm: 2 milyon avro böyük məbləğdir. Amma atçılıq idmanında milyonlar o qədər sağa-sola gedir ki... Hamı əlindən gələni etməyə çalışır. Əlbəttə, istəməzdim ki, yenə 2 milyon avro xərclənsin və təzə at alınsın. Sadəcə, düzgün qərar qəbul edilməsini və komanda şəklində olimpiadada iştirak edə bilməyimizi istərdim.
- Legionerlərimizin lazımi səviyyədə atları var?
- Bəli. Sponsorlar onları yüksək səviyyəli atlarla təmin ediblər. Patrik Mak Enti Belçikanın ikinci ən yaxşı idmançısıdır. Sadəcə, Belçika Atçılıq İdmanı Federasiyası ilə yola getmədiyi üçün Azərbaycan yığmasına keçdi. Öz ölkəsinin federasiyası ona heç bir kömək etmirdi, daim aralarında konflikt var idi. Patrik mənim yaxın tanışım, dostumdur. Mənə təklif verdi ki, yığmanızda çıxış edə bilərəmmi? Öz növbəmdə, bunu Elçin Quliyevə açıqladım. O da qəbul etdi. Mak Entinin sponsoru ilə 12 illik müqaviləsi var. Sponsoru onun Azərbaycan millisində yer almasına razılıq verib. Françesko Frankonun da öz sponsoru var. Onun da sərəncamında çox yüksək səviyyəli iki atı mövcuddur. Franko yığmamızın baş məşqçisi Nelson Pesoa tərəfindən tapılıb. İtaliyada çox yüksək nailiyyətləri olub. Franko atçılıq komandasının ən azı 3 nəfərlik tərkibinin formalaşması üçün dəvət edildi. O da təklifi qəbul etdi. Legioner həyatı keçirməyi çox idmançı istəmir. Amma mən inanıram ki, onlar ölkəmizin uğurlu nailiyyətləri üçün əllərindən gələni əsirgəməyəcəklər.
Elşən MƏMMƏDOV

2343