“İnfantino özünü toxunulmaz hesab edir” - Blatter
14 avqust 2020 12:23 (UTC +04:00)

“İnfantino özünü toxunulmaz hesab edir” - Blatter

FİFA-nın keçmiş prezidenti Zepp Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun idarəçiliyinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, İsveçrədə barəsində cinayət işi açılan və futboldan uzaqlaşdırılan Blatter xələfinin qanunsuz işlərlə məşğul olduğunu düşünür.

Onun fikrincə, İnfantino istintaqa cəlb edilməlidir: “İnfantino özünü toxunulmaz hesab edir. Etika Komissiyası onun haqqında istintaq açmalıdır. Mənə qarşı edilənlər ona da təkrarlanmalıdır. Ancaq bu komissiya müstəqil deyil, çünki İnfantino onların nəzarət orqanlarını bloklayıb. Bu da narahatlıq doğuran məqamdır”.

Zepp Blatter 1998-2015-ci illərdə FİFA-ya başçılıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783
avatar

Oxşar yazılar