Zaqataladakı dəhşətli qəzadan  sağ çıxan uşağın  huşu özünə gəldi
10 fevral 2024 16:15 (UTC +04:00)

Zaqataladakı dəhşətli qəzadan sağ çıxan uşağın huşu özünə gəldi

Ötən gün Zaqatalada baş verən dəhşətli qəzada xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı huşu özünə gəlib.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, Zaqataladan KTM-ə hospitalizasiya edilən İbrahim İbrahimzadə reanimasiya şöbəsində müalicəsini davam etdirir:

"Onun vəziyyəti ağır stabildir. Huşu yerindədir".

Qeyd edək ki, fevralın 8-də Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14724
avatar

Arzu Qurbanlı

Oxşar yazılar