Zaqatalada mikroavtobus  QƏZASI:  ölən var - YENİLƏNİB
23 iyun 2021 18:45 (UTC +04:00)

Zaqatalada mikroavtobus QƏZASI: ölən var - YENİLƏNİB

Zaqatalada baş verən yol qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı aldığı ağır xəsarətlərdən ölən şəxsin mikroavtobusda olan sərnişin, Zaqatalanın Qandax kənd sakini, 55 yaşlı Zöhrə Mehralı qızı Cəbiyevadır.

Rayonun Muğanlı kənd sakini, 31 yaşlı Rəvan İlham oğlu İsmayılovun idarə etdiyi mikroavtobus Zaqatala-Qandax- Kəpənəkçi avtomobil yolunda hərəkətdə olarkən Qandax kənd sakini Vasif Şamsun oğlu Əsgərovun idarə etdiyi qoşqulu motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü V. Əsgərov, motosikletdə sərnişin qismində olan sürücünün oğlu 23 yaşlı Adəm Əsgərov, mokroavtobusda olan sərnişinlər - rayonun Qandax, Faldar və Muğanlı kənd sakinləri olan ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mikroavtobusun sərnişinlərinin tütünçü olduqları bildirilir. Onlar Şəki rayonu ərazində əkilən tütün sahəsindən işlədikdən sonra evlərinə qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

***

18:15

Zaqatalada mikroavtobusla motosiklet toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Zaqatala-Qandax marşutu ilə hərəkət edən mikroavtobus qoşqulu motosikletlə toqquşub. Qəza zamanı mikroavtobusda olan bir nəfər şərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Motosikletin sürücüsü, sərnişini və mikroavtobusda olan sərnişinlərdən xəsarət alanlar var. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3398

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15