Yeni doğduğu körpəsini binadan atdı
05 mart 2024 18:15 (UTC +04:00)

Yeni doğduğu körpəsini binadan atdı

Türkiyədə gənc qadın yeni doğduğu körpəni öldürməyə cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Pendik adlanan ərazisində qeydə alınıb. Yeni doğulan körpənin xəsarət alaraq, xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat alan polislər araşdırmalara başlayıb.

Məlum olub ki, hamiləliyini ailəsindən gizlədən A.Y. gecəyarı yaşadığı evdə doğuş edib. Daha sonra körpəni birinci mərtəbədən küçəyə atıb. Polislər qadını və onun sevgilisi D.Ç.-nı saxlayıblar.

Hazırda araşdırma aparılır. Körpənin hələ də həyati təhlükəsi olduğu bildirilir.

# 2766
avatar

Oxşar yazılar