Yekaterinburq məhkəməsində 6 azərbaycanlı barəsində həbs qətimkan  tədbiri seçildi -YENİLƏNİB
29 iyun 2025 17:04 (UTC +04:00)

Yekaterinburq məhkəməsində 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNİB

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.

Bakir Səfərov

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.

 

***

16:43

Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

16:01

Yekaterinburq məhkəməsi növbəti azərbaycanlı, iyunun 27-də saxlanılan Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, Gənciyev məhkəmə zalına gətirilib.

Onun üç uşaq atası və Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.

Məhkəmə əvvəllər məhkum olunmayan Gənciyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi prosesini qapalı elan edib.

 

***

15:51

Yekaterinburq məhkəməsi Şahid Lalayev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

15:31

Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxacaq.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, artıq təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib.

Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək.

 

***

15:12

Yekaterinburq məhkəməsi Ayaz Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, APA-nən Rusiya bürosu xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Ayaz Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

 

***

14:39

Ayaz Səfərov məhkəmədə təqsirsiz olduğunu bildirib.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası da qapalı elan olunub.

Jurnalistlərin qərarın elanı zamanı zala buraxılmasına icazə veriləcəyi bildirilib.

 

***

13:56

Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

***

13:34

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, Ayaz Səfərov məhkəmə zalına gətirilib.

Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1924

Oxşar yazılar