"Yehova Şahidləri"nin rəhbərləri və üzvləri həbs olundu
05 mart 2024 10:22 (UTC +04:00)

"Yehova Şahidləri"nin rəhbərləri və üzvləri həbs olundu

Rusiyanın İrkutsk vilayətində məhkəmə “Yehova Şahidləri” dini təşkilatının rəhbərlərinə və iştirakçılarına hökm oxuyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, yaşı 30-dan 60-dək olan 9 nəfər Cinayət Məcəlləsinin 282.2-ci (“Ekstremist təşkilatın fəaliyyətini təşkil etmə”) və 282.3-cü maddəsi (“Ekstremist təşkilatın fəaliyyətini maliyyələşdirmə”) ilə təqsirli bilinib. Onlar üç ildən yeddi ilədək ümumi rejimli koloniyada cəza alıblar.

Məlumata görə, 2017-ci ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər təşkilatın Rusiyada fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq, Yehovanın Şahidlərinin yerli bölməsi dini görüşlər keçirməyə davam edib. Üstəlik, bölmənin üzvləri könüllü ianə adı altında ümumilikdə 400 min rubl pul yığıblar.

FSB İdarəsinin, Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin Ekstremizmlə Mübarizə Mərkəzinin və Milli Qvardiyanın əməkdaşlarının keçirdikləri əməliyyatlarla 9 nəfər saxlanılıblar.

# 3030
avatar

Oxşar yazılar