Bu gün Milli Məclisdə insan hüquqları üzrə müvəkkili (ombudsmanın) Elmira Süleymanovanın illik məruzəsi dinlənilib.
Lent.az-ın verdiyi məlumata görə, məruzədən sonra çıxış edən millət vəkili Zahid Oruc deyib ki, prezidentin dediyi nadan məmurlar ona görə formalaşıb ki, parlamentdə hesabatlar zamanı millət vəkilləri güzəştli mövqe tutublar.
Millət vəkili bildirib ki, hökumət Novruz Bayramı qabağı hesabat verir, bayramqabağı da millət vəkilləri o qədər tənqidə meyilli olmadıqları üçün nazirlər özlərini rahat hiss edirlər. O, mülkiyyət toxunulmazlığı məsələsinə məmurların həssas yanaşmasını zəruri sayıb. Zahid Oruc bildirib ki, keçən il ombudsmana hərbi hissələrə baş çəkmək səlahiyyəti verilib: “Ancaq 17 nəfər 100 minlik orduya nəzarət edə bilməz”.
Zahid Oruc qeydiyyatsız evlər məsələsinə də toxunub: “O qeydiyyatsız evlərdə yaşayan gənclər gələcəyimizdir. Biz hər il 400 min insanla bağlı məsələni növbəti ilə ötürürük. Bu məsələ nəhayət, həllini tapmalıdır”.

Zahid Oruc: “17 nəfər 100 minlik orduya nəzarət edə bilməz”
Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54