Yollarda kabus dolaşır: 9 ölü, 56 yaralı
13 iyul 2014 11:28 (UTC +04:00)

Yollarda kabus dolaşır: 9 ölü, 56 yaralı

Cümə və şənbə günü Azərbaycan yollarında baş vermiş qəzalarda 9 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 11-də respublika yollarında baş vermiş 15 yol qəzası nəticəsində 3 nəfər ölüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İyulun 12-də isə yollarda daha 21 avtomobil qəzası baş verib. Nəticədə 6 nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb. Dünən təkcə Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində "VAZ" markalı minik avtomobilinin "İsuzu" markalı yük maşınına çırpılması 3 nəfərin ölümünə səbəb olub. Daha 2 nəfər isə ağır yaralanıb. Ən dəhşətlisi isə odur ki, qəzada ölənlərin ikisi yeniyetmə bacı-qardaşdır.

 

İyulun 12-də ölümlə nəticələnən digər qəzalar isə Sabunçu, Şabran və Quba rayonlarında qeydə alınıb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2891
avatar

Nizam Rza

Oxşar yazılar