Tovuzda 2 qəza - 6 yaralı
31 oktyabr 2014 09:53 (UTC +04:00)

Tovuzda 2 qəza - 6 yaralı

Tovuzda yol nəqliyyat hadisələri baş verib. Lent.az-ın Türkel TV-yə istinadən verdiyi məlumata görə, Qovlar şəhərindən Gədəbəyin Saratovka kəndinə gedən yolda müxtəlif vaxtlarda iki yol qəzası baş verib. Belə ki, rayonun Alakol kəndində 31 yaşlı Elməddin Hüseynov idarə etdiyi “VAZ 2106” markalı maşınla “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə sürücü, sərnişinləri, 52 yaşlı Saleh Mustafayev, onun həyat yoldaşı 42 yaşlı Zəminə Mustafayeva və sürücünün həyat yoldaşı, 22 yaşlı Səriyyə Hüseynova xəsarət alıblar. Yaralılar Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Digər qəza Yanıqlı kəndində qeydə alınıb. 22 yaşlı Cavanşir Əhmədov “VAZ 2105” markalı avtomobilin idarə etməsini itirərək yol kənarındakı maneələrə çırpıb. Nəticədə sürücü və onun sərnişini, 23 yaşlı Xasay Əhmədov xəsarət alıb.

 

Hər iki faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar