
Tanınmış QHT rəhbəri həbs olundu - Məhkəməyə əli qandallı gətirildi
Korrupsiyaya qarşı Mübarizə Fondunun təsisçisi Vasif Mövsümov həbs olunub.
Lent.az-ın Criminal.az-a istinadən xəbərinə görə, o, Səbail rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Həmin məhkəmədə Vasif Mövsümov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi üzrə məhkəmə prosesi gedirdi.
Bundan başqa hazırda Binəqədi rayon məhkəməsində V.Mövsümovun məhkəmə prosesi gedir. Cinayət işində Mustafayev Səxavət Nurəhməd oğlu, İbrahimova Sədaqət Ədil qızı və Həsənova M.K. qızı zərərçəkmiş qismində tanınıb. V. Mövsümov həmin məhkəməyə də əlləri qandallı gətirilib.
Xatırladaq ki, Vasif Mövsümov barəsində Bakının bir neçə rayon məhkəməsində məhkəmə prosesi gedir. Belə ki, Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub. Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. 2015-ci ildən isə Fondun təsisçisidir.
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45