Taksi sürücüləri arasında müştəri üstündə dava düşdü: [b]1 yaralı[/b]
09 may 2018 23:11 (UTC +04:00)

Taksi sürücüləri arasında müştəri üstündə dava düşdü: [b]1 yaralı[/b]

Şamaxı rayonunda taksi sürücüləri müştəri götürmək üstündə dava edib, 1 nəfər bıçaqlanıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən Avtovağzalda baş verib.

 

Belə ki, Şamaxıdan Bakıya müştəri aparmaq üçün taksi fəaliyyəti ilə məşğul olan rayonun Şəhriyar qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Marid Məzahir oğlu Salahov digər taksi sürücüsü ilə müştəri götürmək üstündə mübahisə edib. Nəticədə taksi sürücüsü M.Salahovu bıçaqlayıb.

 

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar