Şirvanda itkin düşən oğlan Gəncədə tapıldı - <span style="color:red;">YENİLƏNİB
16 iyul 2018 12:52 (UTC +04:00)

Şirvanda itkin düşən oğlan Gəncədə tapıldı - YENİLƏNİB

 

 

Şirvanda itkin düşdüyü bildirilən gənc tapılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlunun Gəncə şəhərində olduğu məlum olub.  

 

Onun iyulun 14-də 14.30 radələrində evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilirdi.

 

 

O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub.

 

 

***

 

12:19

 

 

Şirvanda 18 yaşlı oğlan 2 gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlu iyulun 14-də 14.30 radələrində velosipedlə evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun sonuncu dəfə 4-cü sinif şagirdi olan qardaşı ilə mübahisə etdiyi bildirlir.

Boyu təxminən 172  santimetr olan Orxan Nağıyev evdən çıxarkən əynində  cins şalvar, boz idman köynəyi və başında idman papağı olub.

 

 

O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən Şirvan şəhər Polis Şöbəsinin 02121 5 14 50, 055 (050) 671 09 99  telefon nömrələrinə və Daxili İşlər Nazirliyinin 102  qaynar xəttinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

APA Baycan

Oxşar yazılar