Fevralın 11-də axşam saatlarında Şəmkir rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mahmudlu kəndində, kənd sakini 1993-cü il təvəllüdlü qız Q.S həmkəndlisi 1984-cü il təvəllüdlü X.E-ni bıçaqlayaraq qətlə yetirib. S.Q qeyri-rəsmi nikah münasibətində yaşadığı oğlanın ürək nahiyəsinə 1 bıçaq zərbəsi endirməklə ona ağır xəsarət yetirib. 29 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş verməsinə səbəb kimi, “sevgililər” arasında münasibətlərin pozulması göstərilir. Məlumata görə, E.X evli olub və onun 3 uşağı var. Faktla əlaqədar Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.