Bir ailədən 5 nəfər xəstəxanalıq oldu - Salyanda ağır qəza - YENİLƏNİB
25 iyun 2017 17:33 (UTC +04:00)

Bir ailədən 5 nəfər xəstəxanalıq oldu - Salyanda ağır qəza - YENİLƏNİB

Salyanda qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

 

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində Cəlilabad Sakinləri, 1932-ci il təvəllüdlü Əzizova Nazdar Dərgah qızı (oma sümüyünün sınığı), 2016 Mehdizadə Ayan, 2003-cü il təvəllüdlü Mehdizadə Aytən, 1981-ci il təvəllüdlü Mehdiyeva Dilşad və 1962-ci il təvəllüdlü  Mehdiyev Məmmədəli (sürcü) və digər sürücü 1983-cü il təvəllüdlü Salyan rayonu Yenikənd sakini, Səlimov Hüseyn Ağamoğlan oğlu xəsarət alıb.

 

 

xxxxx

 

 

16:52

 

 

Bu gün Ələt-Astara magistralının Salyan rayonunun Xələt kəndi ərazisində keçən hissəsində iki minik avtomobili toqquşub.

 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, “Mercedes” və “Volsvagen-Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Xəsarət alan şəxslər Salyan raoyn Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

APA Baycan

Oxşar yazılar