Əli İnsanov Kürdəxanı təcridxanasına köçürülür - <span style="color:red;">MƏHKƏMƏ QƏRARI
25 avqust 2016 10:37 (UTC +04:00)

Əli İnsanov Kürdəxanı təcridxanasına köçürülür - MƏHKƏMƏ QƏRARI

 

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Kürdəxanı təcridxanasına etap edilir.

 

 

 

Lent.az-a bu barədə vəkil Toğrul Babayev məlumat verib. O bildirib ki, bununla bağlı avqustun 24-də  Ə.İnsanov barəsində Qaradağ rayon məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə sabiq nazir barəsində başlanmış cinayət işi ilə əlaqədar Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməlidir.

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama),  315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

# 191
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Gəncədə bazarda yanğın oldu

Gəncədə bazarda yanğın oldu

14 aprel 2024 , 10:56
Biznesmenin yarım milyardı  oğurlandı

Biznesmenin yarım milyardı oğurlandı

13 aprel 2024 , 19:00
Polis rəisinin müavini  rüşvətə görə tutuldu

Polis rəisinin müavini rüşvətə görə tutuldu

13 aprel 2024 , 18:40
Bakıda gənc oğlan sübh tezdən özünü asdı

Bakıda gənc oğlan sübh tezdən özünü asdı

13 aprel 2024 , 18:24
Bakıda maşın bazarında 4 mağaza YANDI   -  YENİLƏNİB  - VİDEO

Bakıda maşın bazarında 4 mağaza YANDI - YENİLƏNİB - VİDEO

13 aprel 2024 , 16:23
Bakının mərkəzində kafedən oğurluq edilib

Bakının mərkəzində kafedən oğurluq edilib

13 aprel 2024 , 13:33
Gəncədə DƏHŞƏT:  evdə diri-diri yandı -  YENİLƏNİB

Gəncədə DƏHŞƏT: evdə diri-diri yandı - YENİLƏNİB

13 aprel 2024 , 12:39
Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü

Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü

13 aprel 2024 , 12:02