Şöbə müdirinin qeyd dəftərində nələr yazılmışdı?<span style="color:red;"> - MƏHKƏMƏ
22 oktyabr 2014 17:20 (UTC +04:00)

Şöbə müdirinin qeyd dəftərində nələr yazılmışdı? - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Mahmudovun, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyavanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadəsi alınıb. Prokuror tərəfindən sualları cavablandırıblar.

Cinayətdə təqsirli bilinən şəxslərdən İlqar Əzizov qeyd dəftərinə baxış keçirilib. Baxış zamanı onun qeyd dəftərində tələbələrin soyadı, adı, qrup nömrələri və məbləğlərin yazıldığı üzə çıxıb. Təqsirləndirilən şəxs aşkarlanmış faktları belə izah edib: “Mən şöbə müdiri olmuşam. Tələbələri illik təhsil haqqını ödənişlərini hissə-hissə verirdilər. Banka ödəyib mənə bildirirdilər ki, mən bilim ki, kim verib, kim verməyib. Çünki illik təhsil haqqını ödəməyən tələbələri imtahanlara buraxmırdıq. Hissə-hissə ödəyəndə güzəşt edib, icazə verirdik. Amma əslində buna haqqımız yoxdur. Ancaq tələbələrin imkanı aşağıdır diyə biz bunu edirdik ”.

Məhkəmə iclasına çağırılan hal şahidlərin gəlmədiyindən prosesə oktyabrın 29-da yenidən baxılacaq.

 

Qeyd edək ki, təqsirləndiriləndən Mübariz Mahmudov iyulun 30-da həbsxanada ölüb.

 

Onu da qeyd edək ki, keçən il fevralın 7-də Bakı Dövlət Sosial İqtisad Kollecində antikorrupsiya əməliyyatı keçirilib. Xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət alıblar. Bundan başqa Mübariz Mahmudov digər təqsirləndirilən şəxslərlə birlikdə əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu, həmçinin qabaqcadan əlbir olduğu “Turan X” MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talayıblar. Habelə, Mübariz Mahmudov kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Mübariz Mahmudov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyev həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusov 32.5, 311.3.1-ci, Əliqulu Sadıqov 179.3.2 və 313-cü, İranə Quliyeva isə 213.1 və 313-cü maddələri ilə ittiham edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510
avatar

Səlcuq Elçin

Oxşar yazılar