Qubada evə basqın: <span style="color:red;">130 min manat aparılıb
06 dekabr 2014 17:24 (UTC +04:00)

Qubada evə basqın: 130 min manat aparılıb

Bu gün Quba rayonunda evə basqın hadisəsi olub.

 

Evinə basqın edilən Boris Simanduyev APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Evə üç nəfər soxulub. Məni döyüblər, bacım Liza Simanduyevaya isə bıçaq xəsarətləri yetiriblər”.

 

B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.

 

Quba rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hələlik saxlanılan yoxdur.

 

Xatırladaq ki, B.Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48