<b>Qoşa xətti tapdalayan avtobus sürücüsü işdən çıxarıldı<span style="color:red;"> - FOTOLAR </b>
22 noyabr 2016 10:29 (UTC +04:00)

Qoşa xətti tapdalayan avtobus sürücüsü işdən çıxarıldı - FOTOLAR

Bakıda yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü işdən çıxarılıb. Lent.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, 20 saylı marşrutla bağlı istifadəçidən daxil olan şikayət və foto şəkillər əsasında 10-TG-704 -seriyalı avtobusun sürücüsü A. Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara tərəfindən mütəmadi yol verildiyi üçün BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib.

 

Agentlikdən bildirilib ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir: “Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. BNA olaraq bu kimi hallarla bağlı iradlarınızı, təklif və şikayətlərinizi səhifəmizdə qəbul edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar