Qənirə Paşayeva beynəlxalq təşkilatlara səsləndi
22 iyun 2016 16:40 (UTC +04:00)

Qənirə Paşayeva beynəlxalq təşkilatlara səsləndi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın  baş naziri Taavi Roivas Assambleya üzvləri qarşısında çıxış etdikdən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.

 

Lent.az-ın məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Taavi Roivasa sual ünvalayıb: “Cənab Baş nazir sizin də söylədiyiniz kimi həllini tapmamış münaqişələr barədə soruşmaq istəyirəm. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnesrtyanı münaqişələr uzun illərdir ki həllini tapmır. Bunun əsas səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsidir. BMT Təhlükəsizlik Şurası, AŞPA-nın qəbul etdiyi qətnamələr kağız üzərində qalıb və həyata keçirilmir. Sizcə bu qətnamələrin yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır. Sizin nazirlər komitəsinə sədrliyiniz dövründə bu məsələ, eyni zmanda münaqişələrin həlli diqqət mərkəzinizdə olacaqmı?”

 

Suala cavab verən Taavi Roivas münaqişələrin daima diqqətdə saxlanılması və onlar üzərində işlərin davam etdirilməsini zəruri hesab edib.

“Bunun ən yaxşı yolu artıq öz aramızda razılığa gəldiyimiz formatı saxlamaqdır. Biz bu məsələni artıq əvvəllər müzakirə etmişik. Əgər biz hansısa qətnamə qəbul etmişik, razılıq əldə etmişiksə, indi biz bu razılıqlara əməl edərək onların üzərində işləməliyik. Əminəm ki, hazırkı məqamda bunun hər hansı bir möcüzəli həlli yolu yoxdur. Biz sadəcə əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik və bu, fikrimcə, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır. Biz hamımız istiyərdik ki, bütün münaqişələr dayandırılsın və hesab edirəm ki, bizim, parlamentarların, edə biləcəyimiz işlərdən biri bu kimi məsələləri, onların həlli yolları tapılana kimi, daima gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirməkdir. Çünki parlamentarlar əslində təsir etmək gücünü malikdirlər. Və, siz, burada təmsil olunan bütün ölkələrin millət vəkilləri, bundan çox yaxşı bir formada yararlana bilərsiniz və bunu etməlisiniz ki, bu münaqişələrin həll üzrə işlər davam etdirilsin”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28