Qadını öldürən keçmiş yol polisinin cəzası açıqlandı <span style="color:red;">- 10 İL HƏBS
19 noyabr 2014 17:32 (UTC +04:00)

Qadını öldürən keçmiş yol polisinin cəzası açıqlandı - 10 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borc üstündə qəbristanlıqda qadını öldürməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Zeynal Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Z. Sadıqov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il sentyabr 6-da Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən qəbiristanlıqda 35-40 yaşlın qadına məxsus meyit tapılıb və onun üzərində zorakılıq əlamətləri aşkarlanıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətlə yetirilən qadının 1968-ci il təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Z. Sadıqov tutulub.

Z.Sadıqov polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib.

Polisdən həmçinin bildirilib ki, qətli törədən Z. Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3413

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48