Polisin bulvarda yaxaladığı 16 yaşlı oğlana 6 İL HƏBS
17 noyabr 2014 12:55 (UTC +04:00)

Polisin bulvarda yaxaladığı 16 yaşlı oğlana 6 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1998-ci il təvəllüdlü Cəlilabad rayon sakini Cavid Əhədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Cavid Əhədli 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Cavid Əhədli tutulub.


Məlum olub ki, o, avqustun 30-u 2013-cü il tarixdə Dənizkənarı Milli parkda Bakı şəhər sakini Anar Rəhimovun etibarından sui-istifadə edərək zəng etmək adı ilə mobil telefonunu alıb qaytarmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1982
avatar

Səlcuq Elçin

Oxşar yazılar