Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1970-vi il təvəllüdlü Skoraboqatov Yan Valeriyeviç özünü Hövsan qəsəbəsində, Kaspar bağları adlanan yaşayış massivindəki 206 saylı həyətdə öldürüb. Bildirilir ki, ev Y.Skoroboqatovun qeyr-rəsmi nikahda yaşadığı Larisa adlı qadına məxsus olub. Burada yaşayan 44 yaşlı kişi həyətdəki çardaqda özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.