Silah zavodundakı partlayışla bağlı YENİ XƏBƏR - <span style="color:red;">"MƏHKƏMƏYƏ VERƏCƏYİK!"
02 avqust 2016 12:07 (UTC +04:00)

Silah zavodundakı partlayışla bağlı YENİ XƏBƏR - "MƏHKƏMƏYƏ VERƏCƏYİK!"

Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş hadisə ilə bağlı növbəti məlumatı yayıb.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir: “Baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb. Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir".

 

Nazirliyin yaydığı məlumatda bəzi mətbuat orqanlarına xəbərdarlıq edilib: "Bütün bunlara baxmayaraq bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır. Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək”.

 

# 44
avatar

Oxşar yazılar