Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1981-ci il təvəllüdlü Vahid Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə V. Nuriyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı 1981-ci il təvəllüdlü Nuriyev Vahid Əlixan oğlu saxlanılıb. Həmin şəxsdən 2 kq-dan artıq narkotik vasitə - marixuana aşkarlanıb. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əslən Zaqatala rayonundan olan Əli adlı şəxsdən 500 manata aldığını bildirib. Taksi sürücüsü olan V.Nuriyev ifadəsi zamanı iki ilə yaxındır ki, narkotik vasitələr aludəçisi olduğunu bildirib.