Məhkəməyə gəlməyən qadına <span style="color:red;">10 İL HƏBS
02 dekabr 2014 11:40 (UTC +04:00)

Məhkəməyə gəlməyən qadına 10 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Dünya Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə D. Cəfərovaya 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, D. Cəfərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və Sergey Biserovla birlikdə cinayət əməli törədiblər. Zərərçəkmiş şəxsin şikayətindən sonra V. Müslümov və S. Biserov həbs olunsalar da D. Cəfərovanın barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmə prosesi keçirilən zamanı isə D. Cəfərova iclaslara gəlməyib. Bunun üçün də onun barəsində məhkəmə tərəfindən həbs qərarı verilib. Bundan sonra o, həbs edilib və barəsində olan cinayət işi digərlərinin cinayət işindən ayrılaraq yenidən icraata verilib.

S. Biserovla D. Cəfərova evli olub.

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Müslümov 12 il, S. Biserov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hər üçü Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Səlcuq Elçin

Oxşar yazılar