Azərbaycanda məhbus polisin evinə niyə soxulub?
30 mart 2014 19:20 (UTC +04:00)

Azərbaycanda məhbus polisin evinə niyə soxulub?

Məhbus oğruluğa cəhd edərkən yaxalanıb

 

 

Məntəqətipli cəzaçəkmə müəssəsində cəza çəkən şəxs  oğruluğa cəhd edən zaman hadisə yerində həbs edilib.

 

Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 20 ünvandakı evdən oğruluq  edilməsi barədə polisə məlumat verilib.

Zaqatala RPŞ-nin post patrul xidmətinin əməkdaşları evdən oğruluğa cəhd edən şəxsi elə iş başında həbs ediblər.

 

Araşdırma zamanı məlum olub ki, oğruluğa cəhd edən şəxs, 1986-cı il təvəllüdlü, Zaqatala şəhər sakini Kənan  Elxan oğlu Nağıyevdi. Zaqatala RPŞ-dən APA-ya bildirilib ki, Kənan Nağıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib, hazırda Goranboy rayonunda fəaliyyət göstərən məntəqətipli cəzaçəkmə məntəqəsində şərti cəza çəkir.

 

Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, Kənan Nağıyevin rayonda baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2312
avatar

Oxşar yazılar