Bu gün səhər saatlarında İran nizam-intizam qüvvələri (polis) ilə azərbaycanlı fəallar arasında qarşıdurma baş verib.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, buna səbəb polisin Səhənd dağlarının yamaclarına getmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub.
İran polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Hətta azərbaycanlı xanımlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, iyunun 27-də İranda 36 azərbaycanlı fəal həbs edilib. Ad və soyadları məlum olmayan azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə tutulublar.