Dələduzluqda təqsirləndirlən şəxs azadlığa buraxıldı -<span style="color:red;">MƏHKƏMƏDƏN
05 yanvar 2016 12:21 (UTC +04:00)

Dələduzluqda təqsirləndirlən şəxs azadlığa buraxıldı -MƏHKƏMƏDƏN

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Pərviz Yunusovun cinayət işi üzrə proses yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə,  hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən  P.Yunusov 7 il müddətinə  şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, P.Yunusov tanışı Rasim Məmmədovdan 34 min manat və Mehman Məmmədovdan isə külli miqdarda pul alaraq şərikli biznes quracağını vəd edib. Lakin o, həmin şəxslərin etibarından suistifadə edərək pullarını geri qaytarmayıb.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177

Oxşar yazılar