Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ülfət Məhərrəmov və Rövşən Şabaninin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə əsasən ittiham edilib.