Çində şaxtada qəza: azı 21 nəfər ölüb, 4 fəhlə itkin düşüb
13 mart 2013 07:54 (UTC +04:00)

Çində şaxtada qəza: azı 21 nəfər ölüb, 4 fəhlə itkin düşüb

 

Çində şaxtada qəza: azı 21 nəfər ölüb, 4 fəhlə itkin düşüb

Çində daş kömür  mədənində qaz püskürməsi nəticəsində 21  fəhlə ölüb, 4-ü isə  itkin düşüb.

 

Lent.az-ın  «RİA Novosti»-yə istinadən məlumatına görə, olay barədə Çinin «Sinxua» agentliyi məlumat yayıb.  

 

Hadisə  martın 12-də gecə saatlarında Quyçjou vilayətindəki «Maçan» şaxtasında baş verib. Hadisə baş verən zaman mədəndə 83 fəhlə olub, onların 58-i sağ-salamat  üstə çıxıdığı bildirilib.

 

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.   

 

Dünyada ən təhlükəli dağ-mədən sənayesi Çindədir. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar