Bir manata görə həmkarını öldürən taksi sürücüsünə 16 il 6 ay HƏBS TƏLƏBİ
29 noyabr 2017 12:45 (UTC +04:00)

Bir manata görə həmkarını öldürən taksi sürücüsünə 16 il 6 ay HƏBS TƏLƏBİ

 

 

Taksi sürücüsünü öldürməyə cəhddə təqsirləndirilən Rövşən Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan edilib.

 

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında R. Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, hadisə bu il Bakıda "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib.

 

Taksi sürücüsü olmuş R.Hüseynov həmkarı Tahir Daşdəmirovla mübahisə edib və nəticədə onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb Rövşən Hüseynovun müştəriləri Mərdəkana 1 manata aparması olub. Başqa ərazidə taksi sürən Rövşən Hüseynovun axşam evə gedən zaman Mərdəkana 1 manata müştəri aparması T. Daşdəmirova xoş gəlməyib. T. Daşdəmirov hər gün Mərdəkana işlədiyini və 1 manata müştəri aparmağın düzgün olmadığını deyib. T. Daşdəmirov Rövşən Hüseynovun maşınında olan müştəriləri düşürtmək istəyib. Tərəflər arasında mübahisə düşüb. Daha sonra Rövşən Hüseynov maşınında olan bıçaqla T. Daşdəmirovu bıçaqlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

# 201
avatar

Səlcuq Elçin

Oxşar yazılar