Bəzi marşrutların istiqamətində dəyişikliklər edildi -<span style="color:red;"> SİYAHI
09 iyun 2015 17:05 (UTC +04:00)

Bəzi marşrutların istiqamətində dəyişikliklər edildi - SİYAHI

 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

 

Zabrat-Maştağa istiqamətindən:

 

- 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E. Mehdiyev - Bakıxanov qəs. Əfəndiyev küçəsi - “Neftçilər” metro stansiyası - Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq;

 

- 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E. Mehdiyev - Bakıxanov qəsəbəsi - Əfəndiyev küç. - Şərifli küç. - Mirzəyev - Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq;
 

- 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası - Əsədullayev küç. - Bakıxanov qəs. - Mehmandarov küç. - Sülh küç. - “Neftçilər” metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək;

 

- 55 saylı marşrutun xətti Sabunçu stansiyası - Əsədullayev küç. - Bakıxanov qəs. - Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək;

 

- 93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.
 

Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən:
 

- 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi - H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr. - “Həzi Aslanov” metro stansiyasına qədər təşkil olunacaq;
 

- 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu - Nobel pr. - A.Cəlilov - K. Səfərəliyeva - 28 May küç. (S. Vurğun bağının yanı) son dayanacaq;

 

- 184 saylı marşrut xətti Bül-Bülə qəs. - Bakıxanov qəs. - Əfəndiyev küç. - Şərifli küç. - Mirzəyev - Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

 

- 214 saylı marşrut xətti Bakıxanov qəs. - Əfəndiyev küç. - Qəmbərov küç. - “Neftçilər” metro stansiyası – 8 km bazarına qədər təşkil olunacaq;

 

Ziya Bünyadov prospekti istiqamətindən:

 

- 11 və 36 nömrəli marşrut xətləri – Q. Qarayev pr. - O. Vəliyev - M. Abbasov - A. Manafov - Q. Qarayev pr. - sonra mövcud xətt üzrə;
 

- 207 saylı marşrutun xətti Binə T/M. - Dairəvi yol – Moskva pr. - A. Mustafayev - Z. Bünyadov - Atatürk prospektinə qədər təşkil olunacaq.

 

- 82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

# 157
avatar

Oxşar yazılar