Baş nazir 10 gün vaxt verdi - QƏRAR
07 iyun 2014 16:36 (UTC +04:00)

Baş nazir 10 gün vaxt verdi - QƏRAR

Nazirlər Kabineti “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib. 
 

 

Lent.az-ın məlumatına görə, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hüquqi aktlarının layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ola bilərlər.

Qeyd edilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün özünün rəsmi internet səhifəsində xüsusi bölmə ayırır və həmin səhifədə “elektron hökumət” portalına keçidi təmin edirlər. Hazırlanmış normativ hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində və “elektron hökumət” portalında yerləşdirməlidirlər. Vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün, yuxarı icra orqanı tərəfindən normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, 10 gün müddətində həmin orqanların rəsmi internet səhifəsinin xüsusi bölmələrində qalmasını təmin etməlidirlər. Hazırlanmış hüquqi aktların layihələrinin ictimai dinləmə və ictimai müzakirəsi açıq keçirilməlidir. Fəaliyyət qabiliyyətinə malik istənilən vətəndaş və vətəndaş cəmiyyəti institutları ictimai dinləmə və ictimai müzakirələrdə iştirak edə və müzakirə olunan məsələ barədə öz mülahizələrini bildirə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2501
avatar

Oxşar yazılar