Hacıqabulda oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Eldar Bağırova məxsus “Volkswagen” markalı avtomobildən 100 manat pul və bankomat kartı oğurlamış, habelə həmin kartdan 1157 ABŞ dollarını çıxarmış Sabirabad rayon sakini Valid Əhmədov tutulub.
Araşdırma aparılır.