Bakının mərkəzində ağır qəza: <span style="color:red;">yaralılar var
09 aprel 2018 09:57 (UTC +04:00)

Bakının mərkəzində ağır qəza: yaralılar var

Bakıda 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saat 04 radələrində Səbail rayonu Bülbül prospektində "Toyota" və "Lada Priora" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər ağır xəsarət alıb.

 

 Bildirilir ki, qəzaya avtomobillərdən birinin işıqforun qırmızı işığının tələbini pozaraq hərəkətə sürətlə davam etməsi səbəb olub. Yaralılardan dördü gənc oğlan, biri isə 50 yaşlı qadındır.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Nizam Rza

Oxşar yazılar