Bakıda xəstəxanada oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 11-də Tbilisi prospektində yerləşən dioqnostika mərkəzinin iş otağından, içərisində 65 manat və bank kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər sakini 1974-cü il təvəllüdlü İmran Kərimov tutularaq istintaqa təhvil verilib. Şübhəli şəxsdən 1,456 qram heroin aşkar olunaraq götürülüb.

Oxşar yazılar

İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48