Bakıda müştərisini təhdid edib pullarını alan transseksuala <span style="color:red;">AĞIR CƏZA
29 aprel 2016 12:15 (UTC +04:00)

Bakıda müştərisini təhdid edib pullarını alan transseksuala AĞIR CƏZA

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ceyhun Fərəcullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimler kollegiyasının hökmünə əsasən, C. Fərəcullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında Ceyhun Fərəcullayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi

 

Qeyd edək ki, hadisə keçən il Bakının mərkəzində baş verib. Belə ki, transseksual olan C.Fərəcullayev müştərisi ilə evə gəlib. Zərərçəkən onun qadın olmadığını evdə olan zaman bilib və onunla münasibət qurmaqdan  imtina edib. Bundan sonra Ceyhun Fərəcullayev zərərçəkmişi bıçaqla təhdid edərək onun telefonunu və 500 manata yaxın pulunu quldurluq yolu ilə ələ keçirib. Hadisədən sonra zərərçəkmiş şəxs polisə şikayət ərizəsi ilə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Fərəcullayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Səlcuq Elçin

Oxşar yazılar