[b]Bakıda marşrut avtobusu qəza törətdi:[/b]<span style="color:red;"> ölən var  - YENİLƏNİB
01 avqust 2016 13:45 (UTC +04:00)

[b]Bakıda marşrut avtobusu qəza törətdi:[/b] ölən var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun törətdiyi qəza ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 30-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Zabil Namazov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Nizami RPİ tərəfindən araşdırma aparılır.

 

 

****

 

31 iyul

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Nizami rayonu Qara Qarayev prosektində “Daewoo” markalı, 99 JX 482 dövlət qeydiyyt nişanlı avtobus 57 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Nizam Rza

Oxşar yazılar