Bakıda çoxmərtəbəli binada yanğın: <span style="color:red;">1 nəfər yaralanıb
21 aprel 2015 14:20 (UTC +04:00)

Bakıda çoxmərtəbəli binada yanğın: 1 nəfər yaralanıb

Bakıda yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 45
avatar

Oxşar yazılar