Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Vahid Allahverdiyev, Cavid Əliyev, Elman Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qərobovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, 2014-cü ilin mayında Binəqədi rayon sakini Cavahir Əmrullayeva mənzilindən 10 min manat dəyərində olan qızıl oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları mənzildən oğurluq edən Vahid Allahverdiyevi tutub. O, oğurluq etdiyini etiraf edib. İstintaq dövründə V.Allahverdiyevlə birlikdə oğurluq etməkdə şübhəli bilinən Cavid Əliyev və Elman Səfərov da həbs edilib. Məlum olub ki, onlar keçən ilin avqustun 5-də M.Cəlal küçəsində yaşayan İlqar Paşayevin mənzilindən eyvandan keçməklə bijuteriya oğurlayıblar.