Bakıda avtobus dayanacağında qadına qarşı CİNAYƏT
01 aprel 2018 19:42 (UTC +04:00)

Bakıda avtobus dayanacağında qadına qarşı CİNAYƏT

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub. Lent.az xəbər verir ki, gecə saat 22:30 radələrində Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yerləşən avtobus dayanacağında naməlum şəxs N.Kamilovaya hücum edərək dəyəri 500 manat olan “Samsung-J7” markalı mobil telefonu alıb. Qadına hücum edən əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Axundov Fərid Tələt oğlunu polis əməkdaşı saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişdir. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar