Bakıda "Range Rover" dəhşətli qəza törətdi: <span style="color:red;">ölənlər var  - YENİLƏNİB
07 mart 2016 13:02 (UTC +04:00)

Bakıda "Range Rover" dəhşətli qəza törətdi: ölənlər var - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 7-də saat 01 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakinləri Əli Abdullayevin idarə etdiyi “Range Rover” və Ramil Muradovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə R.Muradovun sərnişinlərindən Abşeron rayon sakini Elgün Muradov hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə Ə.Abdullayev xəstəxanaya yerləşdirilib. R.Muradov xəstəxanada ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:21

 

Bakıda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində Binəqədi-Mehdiabad yolunda 90 SC 886 nömrə nişanlı "Range Rover" ilə 90 MU 825 dövlət qeydiyyat nişanlı "VAZ 21 015" toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində keçinib. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar