Aprelin 9-u saat 22:55 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Hadi küçəsi 9 ünvanının qarşısında Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Məmmədov Həmid Elman oğlu idarə etdiyi «Lexus 470» markalı avtomobillə Bakı şəhər sakini 1948-ci il təvəllüdlü Qismət Quliyevi vurub.
Nəticədə 65 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.