Bakı-Şamaxı yolunda DƏHŞƏT: <span style="color:red;">6 ölü, 1 yaralı   - <span style="color:red;">YENİLƏNİB-1
04 yanvar 2015 23:36 (UTC +04:00)

Bakı-Şamaxı yolunda DƏHŞƏT: 6 ölü, 1 yaralı - YENİLƏNİB-1

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 6 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 


APA-nın yerli bürosunun xəbərinə görə, zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb.

 

Ağsu sakini, 1990-cı il təvəllüdlü Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Sabirabad sakini, 1957-ci il təvəllüdlü Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi “HOVA” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn, Qəbələ sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Ramil Fikrət oğluna məxsus “Mercedes” markalı minik maşınına çırpılıblar.

 

Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüsü, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini, 2002-ci il təvəllüdlü Əliyev Fərid Nemət oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 1961-ci il təvəllüdlü Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər. Digər “Mercedes”in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb.

 

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunublar. Onlar xüsusi kəsici alətlər vasitəsilə avtomobildə sıxılıb qalan yaralıları və cəsədləri çıxarıblar.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


***
20: 22

Fövqəladə Hallar Nazirliyi Qobustan rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. 

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCRDES” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verməsi ilə bağlı müraciət daxil olub. Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.


Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 16:34-də başa çatıb.


***

17:11

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın atvxəbər.az-a istinadən məlumatına görə, "KamAZ" markalı ağır yük maşını minik avtomobili ilə toqquşaraq, onun üstünə aşıb.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerində təcili tibbi yardım maşınları və FHN-nin əməkdaşları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar