Azərbaycandan 2 minə yaxın əcnəbi çıxarılıb - <span style="color:red;">DMX
06 fevral 2015 10:35 (UTC +04:00)

Azərbaycandan 2 minə yaxın əcnəbi çıxarılıb - DMX

Yanvarda 2239 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanun-vericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 12-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 246 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 1690 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərketmələri, 291 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6695 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48

Oxşar yazılar